ABŞ-ın Avraam fondu Laçında yeni peşə kolleci tikəcək - Bu da tərifli həmsədr...

6-12-2018, 09:43           
ABŞ-ın Avraam fondu Laçında yeni peşə kolleci tikəcək - Bu da tərifli həmsədr...
Azərbaycanın işğal altındakı müxtəlif bölgə mərkəzlərində yeni tipli texniki-peşə məktəbləri açılacaq.

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki qondarma separatçı-terrorçu rejimin “təhsil naziri” adlanan Narine Ağabalyan erməni jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Xankəndi və Ağdərə şəhərlərindəki mövcud məktəblər rekonstruksiya olunaraq Şuşadakı sənət kollecinə bənzər texniki-peşə kolleclərinə çevriləcək.

Laçında isə yeni texniki-peşə kolleci tikiləcək. Separatçı qurum nümayəndələrinin apardığı danışıqlar nəticəsində ABŞ-ın Avraam fondu həmin kolleci öz vəsaiti hesabına tikməyə razılıq verib. Laçın ərazisində kənd təsərrüfatı işlərinə çox ehtiyac olduğundan burada açılacaq yeni kollecin kənd təsərrüfatı profilli olması nəzərdə tutulub.

P.S. Bu da Rusiyadan daha “ədalətli”, “demokratik” hesab etdiyimiz Minsk qrupunun digər həmsədri olan ABŞ-dan növbəti sürpriz... Hamısı bir bezin qırağıdır...

Nə qədər ki, biz burda əlimizi-əlimizin üstə qoyaraq oturub Elmar Məmmədyarovun danışıqlarının nəticələrini, yaxud parlament seçkiləri vaxtı İrəvanda guya çaxnaşma yaranacağını gözləyəcəyik, ermənilər torpaqlarımızda bildiklərini, bacardıqlarını edəcəklər...шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.