Deputat verilişdə həmkarını yumruqla yerə sərdi - VİDEO

7-12-2018, 10:23           
Deputat verilişdə həmkarını yumruqla yerə sərdi - VİDEO
Ukrayna Ali Radasının Azadlıq Partiyasından olan millət vəkili Yuri Levçenko ilə Pyotr Poroşenko Blokunun üzvü Oleq Barna arasında canlı yayım zamanı dava olub.

Axar.az xəbər verir ki, siyasətçilər arasında mübahisə Ukraynadakı hərbi vəziyyətlə bağlı yaşanıb.

Söhbət zamanı Levçenko Barnanı “oliqarxiyanın xidmətçisi” adlandırıb. Barna cavab olaraq Levçenkoya Ukraynanın cənub-şərqindəki antiterror əməliyyatlarında iştirak etməsini təklif edib.

Bu sözləri təhqir kimi qəbul edən Levçenko isə opponentinin Kiyevdə içkili halda tramvayla toqquşan zaman öz səviyyəsini göstərdiyini bildirib.

Bu zaman Barna onun sifətinə zərbə endirərək yerə yıxıb.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.