"Instagram"da səsli mesaj funksiyası yaradılıb

11-12-2018, 06:12           
"Instagram"da səsli mesaj funksiyası yaradılıb
"Instagram"da səsli mesaj funksiyası yaradılıb.

"Report" xəbər verir ki, sosial şəbəkə istifadəçiləri indi bir-birlərinə səsli mesaj göndərə bilərlər.

Səsli mesajları "Direct" vasitəsilə göndərmək mümkündür.

"Necə istəyirsiniz, elə danışın sizi eşitsinlər: pıçıldayaraq deyin nə edirsinizsə, ya qışqıraraq kompliment deyin", - şirkətin "Twitter"də məlumatında bildirilir.

Bildirilir ki, səsli mesajın maksimal müddəti 1 dəqiqə təşkil edə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.