Avropa Parlamentinin Strasburqdakı binası atışma səbəbindən bağlanıb

12-12-2018, 06:27           
Avropa Parlamentinin Strasburqdakı binası atışma səbəbindən bağlanıb
Avropa Parlamentinin (AP) Strasburqda yerlşən binası şəhərin mərkəzində baş vermiş atışma ilə əlaqədar olaraq bağlanıb, əməkdaşlar və deputatlara ehtiyat tədbiri məqsədi ilə hələ ki, bayıra çıxmamaq tövsiyə edilib.

“Report” BBC-yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı AP nümayəndəsi deyib.

"Avropa Parlamenti bağlanıb, növbəti sərəncama qədər heç kim onu tərk edə bilmir. Avropa Parlamenti deputatları və əməkdaşları onlara təhlükəsizlikdə qalmalarının bildirildiyi məlumat və ya SMS alıblar", - deyə AP-nin kommunikasiya şöbəsinin rəhbəri Jaume Duç "Twitter"də yazıb.

Çərşənbə axşamı baş verən atışmada ölənlərin sayı 2 nəfərə çatıb, daha 11 nəfər yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.