Strasburqda atışma zamanı ölənlərin sayı 4 nəfərə çatıb

12-12-2018, 06:33           
Strasburqda atışma zamanı ölənlərin sayı 4 nəfərə çatıb
Strasburqda baş verən atışma zamanı ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən BFM TV məlumat yayıb.

Bildirilir ki, cani hələ də tutulmayıb, şəhərin tarixi mərkəzi olan Broyl meydanında xüsusi əməliyyat aparılır. Hücum edən şəxsin hərbçilərlə atışmadan sonra yaralandığı ehtimal edilir. Hüquq-mühafizə orqanları onun tək olmadığını güman edirlər.

Telekanalın məlumatına görə, dekabrın 11-i səhər atəş açan şəxsin evində qarət işi ilə bağlı axtarış aparılmalı idi, lakin o qaçıb.

***23:56

Bakı. 11 dekabr. REPORT.AZ/ Çərşənbə axşamı Fransanın Strasburq şəhərinin mərkəzində silahlı insident baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli yanğın xidmətinə istinadən "Reuters" məlumat yayıb.

Atışma nəticəsində 1 nəfər ölüb, daha 3-ü isə yaralanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.