Rusiyanın bu təyyarəsi Ukrayna nəhəngini üstələdi

17-12-2018, 07:38           
Rusiyanın bu təyyarəsi Ukrayna nəhəngini üstələdi
ABŞ-ın “National İnterest” nəşri Rusiyanın İl-112 nəqliyyat təyyarəsi ilə Ukraynanın An-140 təyyarəsini müqayisə edib.

Axar.az xəbər verir ki, nəşr hər iki təyyarənin konstruksiya və bir çox xarakteristikalarına görə bənzər olduğunu qeyd edib.

Bununla yanaşı İl-112 daha effektli TB7-117 motora sahib sayılıb. An-140-ın sahib olduğu TB3-117-nin effektivliyi rus təyyarəsindən 38 faiz aşağı göstərilib. Bu göstəricinin yüksəkliyi özünü təyyarələrin uçuş məsafəsində də göstərib.

İl-112 həmçinin “Prezident-S” raket əleyhinə müdafiə sistemi ilə də təchiz edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.