Timsah öldü, 500 nəfər onu dəfn elədi

11-01-2019, 08:07           
Timsah öldü, 500 nəfər onu dəfn elədi
Timsah 130 yaşında qocalıqdan ölüb.
Hindistanda bir timsahın dəfn mərasimi keçirilib. Dəfn mərasimində 500 nəfər iştirak edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Qanqaram adlı timsah göldə yaşayıb və hər kəsin sevgisini qazanıb. Timsah 130 yaşında qocalıqdan ölüb.

Yerli əhali qoca timsahı xüsusi qaydada dəfn edib. Onun qəbrinə xüsusi güllər düzüblər.

Sakinlərin sözlərinə görə, timsah mehriban olub: “Hətta uşaqlar göldə rahat üzürdülər. O timsah deyildi, əsl dost idi. İnsan görəndə gölün o biri tərəfinə üzürdü”.

İnsanlar timsaha düyü və lobya yedirirmişlər.

Yerli əhali onun qəbrinin üzərində abidə ucaldacaq.

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.