Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı - Bakıda ŞOK HADİSƏ VİDEO

11-01-2019, 10:44           
Maşına hücum çəkdi, şirkətin ofisini dağıtdı - Bakıda ŞOK HADİSƏ VİDEO
Bakının mərkəzi küçələrindən birində gözlənilməz hadisə baş verib.

Teref.az Baku.ws-ə istinadən xəbər verir ki, Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi aləmi bir-birinə qatıb. Kişi daha sonra “Unicapital” şirkətinin şüşələrini sındırıb.

Videodan da göründüyü kimi kişi qara rəngli maşının şüşələrini sındırıb. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin 39-cu polis bölməsindən bildirildi ki, bir nəfərin “Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub. Hadisə yerinə polislər cəlb olunub.

Olayın baş vermə səbəbləri araşdırılır.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.