Birləşmiş Ərəb Əmirliklərində “WhatsApp” dələduzluğu- Hökumət xəbərdarlıq edib

12-01-2019, 08:02           
Birləşmiş Ərəb Əmirliklərində “WhatsApp” dələduzluğu- Hökumət xəbərdarlıq edib
Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya İdarəsi ölkə əhalisini “WhatsApp” vasitəsilə alınan məlumatların təhlükəsi barədə xəbərdar edib. Bu məlumatlar, ilk növbədə, ölkə ərazisində iş axtaran insanlara istiqamətlənir.

AZƏRTAC xəbər verir ki, dələduzlar şəxsi məlumatların oğurlanması məqsədilə yüksəkməvacibli iş vədi ilə messencerə məlumat göndərirlər. Bu məlumatı qəbul etməklə, aldadılan şəxslər istər-istəməz özləri barədə məxfi məlumatları, o cümlədən maliyyə məlumatlarını, şəxsi fotoşəkilləri onlara ötürürlər. Bir çox hallarda “WhatsApp”a göndərilən məlumatlarda guya həmin şəxs haqqında cinayət işinə dair xəbərlər yer alır və bunlarla ətraflı tanış olmaq təklif edilir.

BƏƏ-nin Telekommunikasiya İdarəsi vətəndaşlara naməlum şəxslərdən gələn bu məlumatlara münasibətdə ehtiyatlı olmağı və təqdim olunan göndərişləri açmamağı tövsiyə edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.