Kanadada avtobus dayanacağa girib, ölən və yaralananlar var

12-01-2019, 08:15           
Kanadada avtobus dayanacağa girib, ölən və yaralananlar var
Cümə günü Kanadanın paytaxtı Ottava şəhərində ikimərtəbəli marşrut avtobusun dayanacağa girməsi nəticəsində 3 nəfər ölüb, 25 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, avtobusun sürücüsü saxlanılıb.

Şəhər merinin məlumatına görə, insanlardan ikisi avtobusun içində, biri isə dayanacaqda ölüb. Onun sözlərinə görə, avtobusun ikinci mərtəbəsi əzilib, orada olan insanlar bir müddət çıxılmaz vəziyyətdə qalıblar.

Nəqliyyat xidmətinin nümayəndəsi avtobusun texniki vəziyyəti ilə bağlı heç bir irad olmadığını bildirib.

Daha əvvəl Kubanın Quantanamo vilayətində avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 33 nəfər yaralanıb.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.