Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlər məsələsini araşdırır - AÇIQLAMA

12-01-2019, 12:31           
Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlər məsələsini araşdırır - AÇIQLAMA
Bakı Şəhər İcra Hakimiyyəti sənədsiz evlər məsələsi ilə bağlı araşdırmalara başlayıb.

İcra hakimiyyətindən hafta.az-a verilən məlumatda bildirilir:

“Bu istiqamətdə araşdırmalar hələ davam edir. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətində mühüm qərarlar verilib, işlər aparılır. İşlər başa çatdıqdan sonra mətbuata əlavə məlumat veriləcək. Həmçinin bütün aidiyyatı qurumlar üzrə bu məsələ ilə bağlı işlər gedir”.

Qeyd edək ki, uzun müddətdir ki, sənədləşməmiş evlər məsələsi problem olaraq qalmaqdadır. Bununla bağlı hətta ən yüksək saviyyədə xəbərdarlıqlar da edilib. Bakı Şəhər İcra hakimiyyətinə yeni merin təyin olunması bu məsələ ilə bağlı gözləntiləri də artırıb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.