Generalın oğlunun işində silah məsələsinə AYDINLIQ

21-04-2015, 13:12           
Generalın oğlunun işində silah məsələsinə AYDINLIQ
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Hafta.az-a müsahibəsində son günlər apardıqları monitorinqlərdən danışıb.

Müsahibəni təqdim edirik:

- Son günlər tərəfinizdən hansı rayonlarda monitorinqlər aparılıb?

- Səbail və Yasamal Rayon Polis idarələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirdik. Monitorinq zamanı ciddi qanun pozuntuları ilə rastlaşmadıq. Qeyri-insani rəftar, işgəncə faktı ilə bağlı bizə heç kim müraciət etmədi. Görüşdüyümüz şəxslərin əksəriyyəti məhkəmə qərarlarından narazılıqlarını bildirdi. Biz də onların müraciətlərini aidiyyəti qurumlara göndərəcəyik.

- Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevlə maraqlandınız?

- Bəli, onunla bağlı da biz araşdırma apardıq. Məlum oldu ki, mətbuatda yazılan bir sıra məqamlar yanlışdır. Mətbuatda yazırlar ki, guya zərərçəkən şəxs odlu silahla vurulub. Lakin biz öyrəndik ki, ona bıçaq zərbəsi vurulub. Xəstəxanada bir müddət müalicə aldıqdan sonra evə buraxılıb. Tamerlan Əsədullayev barəsində həbs-qətimkan tədbiri seçilib və Bakı istintaq təcridxanasına göndərilib. Hazırda təcridxanadadır. Bir daha qeyd edirəm ki, onun odlu silahı olmayıb.

- Siz erməni girovla da görüşmüşdünüz. Bir daha görüş keçirməyi düşünürsünüz?

- Buna ehtiyac görmürük. Onunla görüşdüm gördüm ki, saxlanma şəraiti çox yüksək səviyyədədir. Heç bir qanun pozuntusu yoxdur. Elə onun özünün də saxlanma şəraitindən şikayəti yox idi. Lakin erməni zabitlərindən çox şikayət etdi. Deyir ki, məni orada hər gün döyürdülər. Geri qayıtmaq istəmədiyini bildirdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.