Amerikada güllələnən Elçinin qətli ilə bağlı ŞOK FAKTLAR: Qaradərililər.../ FOTOLAR

15-01-2019, 12:08           
Amerikada güllələnən Elçinin qətli ilə bağlı ŞOK FAKTLAR: Qaradərililər.../ FOTOLAR
ABŞ-da azərbaycanlı iş adamı qətlə yetirlib.

29 yaşlı azərbaycanlı iş adamı Elçin Xəlilov ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində tapancadan açılan atəş nəticəsində öldürülüb.

ABŞ polisi Şarlot şəhərində telefon mağazası sahibi olan Elçin Xəlilovun 2 qaradərili şəxs tərəfindən öldürüldüyünü açıqlayıb.

Məlumata görə, mağazaya oğurluq məqsədi ilə gələn 2 qaradərili ABŞ vətəndaşı tapanca ilə Elçin Xəlilova atəş açıblar. Polis azərbaycanlı iş adamını mağazada ölü vəziyyətdə tapıb.

Qeyd edək ki, Elçin Xəlilov əslən Sumqayıt şəhərindəndir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.