İsrail Suriyada daha bir “Pansir”i vurdu – VİDEO

21-01-2019, 13:24           
İsrail Suriyada daha bir “Pansir”i vurdu – VİDEO
İsrail Müdafiə Qüvvələri Rusiyanın Suriyada yerləşdirdiyi “Pansir” zenit-raket top kompleksini zərərsizləşdirib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə bu barədə İsrail Müdafiə Qüvvələri özünün “Twitter” səhifəsində bildirib.

İsrail Müdafiə Qüvvələrinin yayımladığı videodan göründüyü qədər İsrail təyyarəsi “Pansir” zenit-raket top kompleksinə iki ədəd özü tuşlanan infraqırmızı döyüş başılıqlı (“Spike NLOS” və yaxud “Delilah”) raketi atıb. Buraxılan birinci raket hədəfi yayındırıb, ikinci raket atışı ilə “Pansir” kompleksi məhv edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Suriya ərazisində “Buk” və “Pansir” ZRK ilə İsrail hərbi aviasiyasının atdığı raketlər vurulub. İsrailin paylaşdığı videodan göründüyü qədər İsrail Hərbi Hava Qüvvələri əməliyyatın əvvəlində saxta hədəflərlə Suriya hava hücumundan müdafiə sisteminə qarşı aldatma əməliyyatı həyata keçirib. Ehtimal oluna bilər ki, saxta hədəflərə kilidlənən hava hücumundan müdafiə sisteminin yerləri onların radar siqnalları ilə müəyyənləşdirilərək, həmin obyektlərə zərbələr endirilib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri açıqlamasında İran Qüds briqadasının Suriyadakı sursat anbarını, Dəməşq beynəlxalq aeroportunda yerləşən İrana məxsus hərbi bölməni, kəşfiyyat bazasını və təlim düşərgəsini vurduğunu bəyan edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.