Millət vəkilinin oğlu İsveçrədə öldü - XİZƏK SÜRƏRKƏN QƏZAYA DÜŞÜB

23-01-2019, 23:13           
Millət vəkilinin oğlu İsveçrədə öldü - XİZƏK SÜRƏRKƏN QƏZAYA DÜŞÜB
Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.

Teref.az qafqazinfo-ya istinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Əsabil Qasımovla əlaqə saxlanılıb və millət vəkili faktı təsdiqləyib. O, bildirib ki, hadisə bir neçə saat öncə baş verib.

Allah rəhmət eləsin!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.