Azərbaycan səmasında uçan naməlum obyekt - Video

11-02-2019, 00:05           
Azərbaycan səmasında uçan naməlum obyekt - Video
Azərbaycan səmasında uçan naməlum obyekt qeydə alınıb.

Axar.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, uçan naməlum obyekt Bakı-Siyəzən avtomobil yolunun 95-ci kilometliyində yerləşən Beşbarmaq dağının yaxınlığında qeydə alınıb. Bu barədə həmin ərazidə olan vətəndaşlardan biri naməlum uçan obyektin fotosunu çəkərək sosial şəbəkədə paylaşıb. O iddia edib ki, fotoda əks olunan obyekt heç bir kompüter proqramı vasitəsilə montaj olunmayıb.

Görüntü ilə tanış olan astroloq Firudin Qurbansoyun sözlərinə görə, ərazidə mobil telefonla qeydə alınan həqiqətən də naməlum uçan obyektdir. O, naməlum uçan obyektlərin bura gəlməsinə səbəb kimi isə bu ərazinin planetar enerji mərkəzi olmasını göstərir.

Firudin Qurbansoy bildirir ki, uçan naməlum obyektlər sürətlə gələrkən əvvəlcə arxalarında iz buraxırlar. Bu fotoda da həmin izlər əks olunub. Astroloq iddia edir ki, həmin ərazidə, yəni Beşbarmaq dağının yaxınlığında özü də bir neçə dəfə uçan naməlum obyekt görüb.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.