Gürcüstanda keçmiş azərbaycanlı mer istefa verdi

12-02-2019, 22:12           
Gürcüstanda keçmiş azərbaycanlı mer istefa verdi
Marneulinin keçmiş meri, əslən azərbaycanlı Temur Abazov tutduğu vəzifəsindən ərizə yazaraq istefa verib.

Bu barədə məlumatı Temur Abazovun özü təsdiq edib.

Keçmiş mer istefasının səbəbini belə izah edib:

“Vəkillərim istefa ərizəmi Marneuli bələdiyyəsinə təqdim ediblər. Bunu ona görə etdim ki, məhkəmə prosesi hələ davam edəcək və istəmirəm ki, Marneuli rayonu mersiz qalsın”.

T.Abazov, həmçinin, əlavə edib ki, baş verənlər şər-böhtandır, bu səbəbdən belə bir yerdə fəaliyyətini dayandırmaq istəyib:

“Məni şərlədilər, adıma ləkə gətirdilər və istəmirəm ki, belə bir yerdə fəaliyyətimi davam etdirəm. Mən məsumam və günahsızam. Ümid edirəm ki, məhkəmə mənim barəmdə düzgün qərar verəcək”.

Xatırladaq ki, T.Abazov 2018-ci ilin 13 iyun tarixində Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə ittiham olunaraq prokurorluq tərəfindən saxlanılmışdı. Məhkəmə isə dekabrın 13-də 10 min lari girov qarşılığında onu azad etmişdi.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.