Qızı zorladı, sonra qətlə yetirdi - Sərbəst buraxdılar

15-02-2019, 13:24           
Qızı zorladı, sonra qətlə yetirdi - Sərbəst buraxdılar
Qazaxıstanın Darinskoye kəndində 17 yaşlı Dana Uteqaliyeva iyulun 28-də gecə saatlarında zorlanaraq qətlə yetirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan KIV-i məlumat yayıb.

Polis dərhal şübhəlini nəzarətə götürüb. Bu, 20 yaşlı Asxat Temirbayevdir.

O, qətl törətmək ittihamı ilə 2 ay müddətinə həbs edilib. Elə həmin gün Dananın meyiti aşkara çıxarılıb.

Öldürülən yeniyetmənin yaxınları qızın bu il məktəbi bitirdiyini və qrant əsasında Rusiya universitetinə daxil olduğunu bildiriblər. Bundan əlavə qızın doğmaları Dananın təkbaşına öldürüldüyünə inanmırlar. Onların sözlərinə görə qız güləşlə məşğul idi və bir nəfərə cavab verə bilərdi.

Yanvarın 11-də andlılar məhkəməsi Asxat Temirbayevə bəraət verib. Ancaq Dananın doğmaları qətli məhz onun törətdiyinə əmindirlər.

Qızın valideynləri Qərbi Qazaxıstan vilayəti sədrinin müavini Həbidulla Ospankulova məhkəmənin qərarından şikayət ediblər.

Ana, ata və qızın bibisi sədr müavininə baş vermiş cinayət işi üzrə ədalətsiz qərar çıxarılmasından şikayət ediblər.

Qızın bibisi Akerke Umanqaliyeva deyib ki, məhkəmə nə üçün belə bir qərar qəbul edib:

“Biz apelyasiya şikayəti vermişik. Fevralın 20-də məhkəmə olacaq. Qətli həyata keçirən oğlan qəsəbədə gəzib dolaşır, o hər gün içir. Bizə bu barədə xəbər verəndə çox pis olduq. Hakim bildirdi ki, apelyasiya iclasını gözləyin, iş nəzarət altındadır. Şübhəli şəxs daha öncə məktəb gözətçisini döydü, amma sonra sərbəst buraxıldı. Görünür, o, cəzasızlıq hiss edir”.

Vilayət sədrinin müavini H.Ospankulov bu işin vilayət rəhbərliyinin nəzarəti altında olduğunu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.