Rusiya təyyarəsi qalmaqal yaratdı

23-02-2019, 08:10           
Rusiya təyyarəsi qalmaqal yaratdı
Rusiyanın Su-27 qırıcısı İsveçin radiotexniki kəşfiyyat təyyarəsinə 20 metrə qədər yaxınlaşıb.
BakuPost-un məlumatına görə, bu barədə krallığın silahlı qüvvələrinin rəsmi saytında məlumat yayılıb.

"Həftənin əvvəlində Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçuş zamanı İsveçin siqnal təyyarəsini Rusiyanın Su-27 qırıcısı izləyib. Rusiya təyyarəsi 20 metrdən də az məsafədə yaxınlaşıb”, - deyə bildirilib.

Silahlı qüvvələr olay barədə İsveç hökumətinə məlumat verib.

Məsələyə münasibət bildirən ölkənin müdafiə naziri Peter Hultqvist bunun qəbuledilməz davranış olduğunu qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.