Bağçada 3 yaşlı uşaq ASILI HALDA TAPILDI - Səbəbi hər kəsi ŞOKA SALACAQ - VİDEO

23-02-2019, 08:32           
Bağçada 3 yaşlı uşaq ASILI HALDA TAPILDI - Səbəbi hər kəsi ŞOKA SALACAQ - VİDEO
Uşaq bağçasının həyətində yaşanan hadisənin görüntüləri izləyənləri dəhşətə gətirib.

Publika.az xəbər verir ki, hadisə bağçanın həyətində quraşdırılan müşahidə kamerasına düşüb. Belə ki, uşaqlar həyətdə oynayarkən 3 yaşlı Kseniya pilləkəndən sallanmaq istəyib. Bu zaman əli sürüşüb və gödəkçəsinin papağından asılı vəziyyətdə qalıb. Boğulduğu üçün kömək də çağıra bilməyib. Azyaşlılar da ona fikir verməyib. Təxminən 2-3 dəqiqə asılı vəziyyətdə qalıb. Daha sonra tərbiyəçinin gözü asılı vəziyyətdə qalan Kseniyaya sataşıb. Tez özünü yetirən tərbiyəçi uşağı nərdivandan yerə düşürüb. Amma uşaq huşunu itirmiş vəziyyətdə olub. Xoşbəxtlikdən Kseniya ölümdən qurtula bilib.

Anasının sözlərinə görə, bağçaya gələndə müdir Kseniyanın başına gələnləri gizlətməyə çalışıb: "Mən bağçaya gələndə müdir özünü birtəhər aparırdı. Kseniyanın huşunu itirməsi barədə mənə heç nə demədi. Ertəsi gün öyrəndim ki, Kseniya 5-7 dəqiqə bağçanın koridorunda huşsuz vəziyyətdə uzanıb və təcili yardım çağırılıb".

Hazırda uşağın vəziyyəti normal olsa da, anası gələcəkdə bu hadisənin övladının sağlamlığına hər hansı təsirindən narahatdır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.