Dünya tarixində ilk - Açıq kosmosda 2 qadın

23-02-2019, 09:03           
Dünya tarixində ilk - Açıq kosmosda 2 qadın
Dünyada ilk dəfə beynəlxalq kosmik stansiyanın göyərtəsindən 2 qadın açıq kosmosa çıxacaq.

Milli.Az xəbər verir ki, bu barədə NASA informasiya yayıb.

Məlumata görə, mart ayında beynəlxalq kosmik stansiyaya göndərilən Kristina Kuk və Enn Makkleyn martın 29-da birlikdə açıq kosmosa çıxacaqlar.

Qeyd edək ki, tarixdə açıq kosmosa çıxmış ilk qadın sovet kosmonavtı Svetlana Savitskaya olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.