QANLI HADİSƏNİN QURBANLARI ANILDI

25-02-2019, 14:34           
QANLI HADİSƏNİN QURBANLARI ANILDI
Teref.az - Siyəzən Rayon Polis Şöbəsində tariximizin qanlı səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan RPŞ-nin rəisi, polis polkovniki Valik Vəlimətov dünyada ən qanlı hadisələrdən olan və xalqımızın qan yaddaşına həkk olunan Xocalı hadisəsindən bəhs edib. Polis rəisi bildirib ki, fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yatan şəhərə hücum edərək, azərbaycanlılara qarşı soyqırım aktını törədiblər. Bu vəhşiliklər nəticəsində günahsız dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, ahıl qocalar və körpələr silahlılar tərəfindən işgəncələrə məruz qalıblar. V.Vəlimətov onu da qeyd edib ki, baş vermiş Xocalı faciəsinin, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biridir.
Daha sonra çıxış edən rəis müavinləri, polis polkovnik leytenantı Arzu Rzayev və polis mayoru Qoşqar Kazımov, eləcə də Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndəsi Vuqar Abdullayev Xocalı haqqında həqiqətin dünyaya yayılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığını bildiriblər. Məruzəçilər Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağını, soyqırımın insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyiblər.

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.