"Ölkədə qorxaq vəkillik formalaşdığını İlham Əliyevin diqqətinə çatdıracam"

25-02-2019, 18:05           
"Ölkədə qorxaq vəkillik formalaşdığını İlham Əliyevin diqqətinə çatdıracam"
"Baş prokurorluğun məni dinləməsi və onun əsasında Vəkillər Kollegiyasına şikayət etməsi ilə əlaqədar bu gün mənə töhmət veriblər. Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər". Bu fikirləri tanınmış vəkil Elçin Sadıqov "facebook" profilində yazıb.
"Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi. Verdiyim vəsatətlərin heç birini təmin etmədi. Baş prokurorluğun konfidensial görüşüzün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırmadı və Rəyasət Heyəti ümumiyyətlə Y.Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda baş prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamadı", vəkil vurğulayıb.
Elçin Sadıqovun sözlərinə görə, Azərbaycanda vəkillik etmək ona görə çətindir ki, təkcə dövlət orqanları tərəfindən deyil, Rəyasət Heyəti tərəfindən də təqib olunursan. Hətta rəhbərlik işlərdən imtina etmək haqqında sənə təkliflər də verir. İmtina etmədikdə isə bax belə olur, prokurorluq birləşib intizam icraatı başlayıb cəzalandırırlar.
Vəkil qeyd edib ki, son vaxtlar insan haqlarını müdafiə edən vəkillərin soyqrımı davam edir, halbuki ölkədə dövlətin və vəkilliyin əsas məqsədi insan hüquq və azadlıqlarını müdafiə etməkdir: "Bizim əsassız təqib edilməyimiz onu göstərir ki, Azərbaycan Höküməti insan haqlarının müdafiəsindən geri çəkilir və insan haqlarını müdafiə edənlərə qarşı total təqiblər həyata keçirir. Bundan başqa Vəkillər Kollegiyası rəhbərliyinin belə bir əsassəz şikayətə xitam vermək əvəzinə məni cəzalandərması onu dəqiqliklə sübut edir ki, prokurorluğun VK rəhbərliyinə qarşı təyziq imkanları genişdir. Ölkəyə qayıtdıqdan sonra geniş açıqlama verəcəm və ölkə preizdenti cənab İlham Əliyevə müraciətlər edəcəm ki, formal inkişaf adı ilə Kollegiyada nələr baş verdiyini, ölkədə qorxaq vəkillik formalaşdığını onun diqqətinə çatdırım".
kriminal.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.