Professor Aygün Attar: "Xocalı soyqrımdır..."

25-02-2019, 21:26           
Professor Aygün Attar: "Xocalı soyqrımdır..."
Fevralın 23 də İstanbuldakı Türk Dünyası Araşdırmaları Vəqfi “Turan” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı və ermənı sorunu” adlı konfrans keçirildi. Konfransda çıxış edən tarix elmləri doktoru, professor Aygün Attar mövzuya erməni sorununu anlataraq başladı və XX əsrin əvvəllərində yaranan Ermənistanın əslində tarixi İrəvan torpaqları olduğunu və orada yaşayan azərbaycan türklərinin zaman zaman sürgün edilməsini çar Rusiyasının türkləri yox etmə planının bir icraatı olduğunun təsdiqi kimi dəyərləndirdi. Professor Balkanlardakı soyqırımlardan başlayaraq tarixin müxtəlif mərhələlərində ermənilərin Türkiyədə, Azərbaycanda (Güney, Quzey Azərbaycan olmaqla) törətdəyi vəhşilikləri uzun illər apardığı araşdırmalar nəticəsində əldə etdiyi tarixi faktlara dayanaraq detallı bir şəkildə anlatdı. “Hələ bu gün də “soyqırım” kəliməsini istifadə etməyə çəkinən bir türk toplumu var”, deyən Aygün Attar qeyd etdi ki, 2010 cu ildə magistraturada oxuyan bir Türkiyəli tələbənin “Xocalı soyqırımı: səbəbləri, fikri altyapısı və sonucları” adlı elmi işinin rəhbəri olduğu zaman “soyqırım” kəliməsini Türk akademik ədəbiyyatında ilk o işlətmişdir.

Aygün xanım həmçinin onu da qeyd etdi ki, hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar Türkiyənin müxtəlif şəhərlərində keçirilən konfransların əslində Avropa, Amerika, Uzaq Şərq ölkələrində təşkil edilməsi və daha çox onların bu məsələlərdə aydınlatılması gərəkir.

Atasının məzarı erməni işğalındakı Azərbaycan torpaqlarında qalan və Qarabağlı bir ailənin evladı olaraq bu hadisələri anlatmağın nə qədər acı olduğunu söyləyən tarix professoru Aygün Attar, onun kimi minlərlə insanın bu acını yaşadığını ve heç bir zaman ümidsiz olmadığını, işğal edilən torpaqların mübarizə yoluyla qaytarılacağına inandığını əminliklə vurğuladı.

Konfransda Türkiyənin bir çox tanınmış elm adamları, ziyalılar iştirak edirdi.

Yaqut Misirxanlı

İstanbul












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.