Nadir Qafarzadədən Ağadadaş Ağayevə cavab.. – “Sabahdan Azərbaycanı tərk edərəm”

26-02-2019, 10:51           
Nadir Qafarzadədən Ağadadaş Ağayevə cavab.. – “Sabahdan Azərbaycanı tərk edərəm”
Son günlərdə ən çox müzakirə olunan məsələ halını alan Space telekanalının “Hər səhər” proqramında qonaq olan xalq artisti Ağadadaş Ağayevin həmkarı Nadir Qafarzadəni efirdə görmək istəməməsi ilə bağlı açıqlamalarına qarşı tərəfdən münasibət bildirilib.

Bu dəfə “Hər səhər”in qonağı olan N.QafarzadəA.Ağayevin onun haqqındakı fikirlərinə özünəməxsus şəkildə cavab verib:

“Əgər bilsəm ki, mən efirə və radioya çıxmamaqla Ağadadaş müəllim özünü xoşbəxt hiss edəcək, sabahdan Azərbaycanı tərk edərəm. Əgər mən bir insanı qıcıqlandırıramsa, onun rahatçılığına, yuxusuna haram qatıramsa, yaxşı yaşamasına mane oluramsa, lazım olsa, ölkəni belə tərk edərəm ki, o özünü yaxşı hiss etsin”.

Lakin xalq artistinin açıqlamadığı səbəb yenə də qaranlıq olaraq qalıb. N.Qafarzadə Ağadadaş Ağayevin nə üçün belə dediyinin səbəbini bilmədiyini vurğulayıb:

“Mən inanmıram ki, Ağadadaş müəllim o sözü desin. Lap desə də, o məndən yaşda da, sənətdə də böyükdür. Müəllimdir, pedaqoqdur. Ümumiyyətlə, Ağadadaş çox nadir addır. Mənim bacım oğlunun da adı Ağadadaşdır. Özü də bu ad köhnə kişilərin adlarındandır. İndiki anlaşılmaz adlardan deyil.

Vallah bu səbəbi mən də bilmirəm. Mənə özümdən böyüyün sözünə söz söyləmək yaraşmaz. Mən 80-ci illərin əvvəllərində Ağadadaş müəllimi dinyəndə uşaq idim”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.