Afət Fərmanqızı xəstəxanaya düşən xalq artistlərini ələ saldı

26-02-2019, 11:15           
Afət Fərmanqızı xəstəxanaya düşən xalq artistlərini ələ saldı
Müğənni Afət Fərmanqızı maraqlı jest edib.
AzNews.az xəbər verir ki, Afət onu tənqid edən müğənni İradə Mehri, xalq artistləri Naibə Allahverdiyeva və Flora Kərimovanın fotosunu payalaşaraq onlara Allahdan şəfa diləyib. Onun bu hərəkəti isə əksəriyyət tərəfindən birmənalı qarşılanmayıb. Müğənninin bu addımı ilə sənətkarları ələ saldığı düşünülüb. İzləyicilər Afət Fərmanqızını bu addımına görə sərt tənqid edib. Buna görə də o, fotonun şərhlər bölməsini bağlayıb.
"Sənətkarların üçü də xətrimə dəyib. Amma mən sizə can sağlığı arzu edirəm. Allah köməyiniz olsun. Dostlar, hər ağızda bir dua var, dua edək ki, tez sağalsınlar. Həyat qısadır. Gəlin, mehriban olaq. Sabahı bilmək olmur. Hamımız belə ola bilərik. Heç kim heç nədən sığortalanmayıb". Afət Fərmanqızı belə yazıb.
Məlumat üçün bildirək ki, Flora Kərimova, Naibə Allahverdiyava və İradə Mehrinin fərqli zamanlarda qəfildən səhhəti pisləşib. Onların hər üçü müalicə alır.
Xatırladaq ki, Flora Kərimova ötən ay sosial şəbəkədə həmkarına "Pencu-şeş” adlı mahnıya görə "ağlını başına yığmağı" tövsiyə edib:
“Bir klassiki təhqir etmək, onun dahiliyini aşağılamaq hələ heç kimə nüfuz gətirməyib. Qızım, əgər azərbaycanlılığınızdan çıxmamısınızsa, ağlınızı başınıza yığın. Reytinq, qazanc, toy xatirinə sənət, milli-mənəvi dəyəri bu qədər heç sayıb, millətimin zövqünə, fikir, fəlsəfə tarixinə, onun əsrlərdir qoruduğu poeziyasına, ədəbiyyatına, musiqisinə xələl gətirmək, təpik atıb, ayaq oynatmaq, hörmətsizlik etmək olmaz. Buna heç kimin ixtiyarı yoxdur”.
Qeyd edək ki, müğənni Afət Fərmanqızı dahi İmadəddin Nəsiminin qəzəlindən hazırladığı “Pencu-şeş” adlı mahnı ifa edib. O, həmin mahnını “YouTube” kanalında yerləşdirib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.