34 yaşlı qadın su çəninə düşərək boğuldu

14-03-2019, 19:19           
34 yaşlı qadın su çəninə düşərək boğuldu
Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub.

Yenicag.az-ın verdiyi xəbərə görə, hadisə rayonun Artupa kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 34 yaşlı Xəyalə Ədalət qızı Kazımova həyətlərindəki su çəninə düşərək boğulub.

Onun ailə üzvləri “Report”un yerli bürosuna bildirib ki, X.Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər.

Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub. Yaxınları hadisə yerinə gəldikdə isə onun cansız bədənini sudan çıxarıblar.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır./Report/шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.