Prezidenti fit və söyüşlərdən başını götürüb qaçdı

18-03-2019, 07:17           
Prezidenti fit və söyüşlərdən başını götürüb qaçdı
Serbiya prezidenti Aleksandr Vuçiç bir qrup vətəndaşın davamlı fit və təhqirlərindən dolayı öz iqamətgahı – “Andriçev venaç”ı tərk edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, prezidentin sarayı tərk etmə anını Serbiya televiziyaları lentə alıb.

Belə ki, iqamətgahın yaxınlığına toplaşan insanlar Vuçiçin ünvanına “Yalançı”, “Oğru” və olduqca qeyri-etik ifadələr səsləndiriblər.

Prezident də öz növbəsində ətrafa toplaşanlara bir neçə dəqiqəlik qulaq asıb, onlara uğurlar arzu edərək xidməti avtomobili ilə ərazini tərk edib.

Qeyd edək ki, bundan öncə A.Vuçiç Belqradda iğtişaş törədən şəxslərin cəzalandırılacağını bəyan etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.