Amerikalı qadın 9 dəqiqəyə 6 uşaq doğdu

18-03-2019, 07:24           
Amerikalı qadın 9 dəqiqəyə 6 uşaq doğdu
Qadın uşaqları – 4 oğlan və 2 qızı yerli vaxtla səhər saat 4:50-dən 4:59-a qədər olan müddətdə dünyaya gətirib

ABŞ-ın Texas ştatının sakini 9 dəqiqə ərzində 6 əkiz uşaq doğub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu qeyri-adi olay barəsində xəstəxanan Facebook-dakı rəsmi səhifəsində xəbər verilir.

Qadın uşaqları – 4 oğlan və 2 qızı yerli vaxtla səhər saat 4:50-dən 4:59-a qədər olan müddətdə dünyaya gətirib.

Tibb müəssisəsindən qeyd ediblər ki, altı əkizin doğulması şansı 4,7 milyardın 1-ə nisbətindədir.

Həm körpələr, həm də ana özlərini yaxşı hiss edirlər və daimi həkim nəzarəti altındadırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.