ABŞ-da atışma olub, xəsarət alanlar var

19-03-2019, 07:35           
ABŞ-da atışma olub, xəsarət alanlar var
ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Express" nəşri məlumat yayıb.

Məlumata görə, hadisə Nyu-Yorkda, Manhetten ərazisində baş verib.

Hadisə zamanı azı 4 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatı açıqlanmır.

Daha əvvəl ABŞ-ın Miçiqan ştatında baş verən atışma nəticəsində 4 nəfər ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.