Rusiya Venesuelaya iki hərbi təyyarə göndərib

25-03-2019, 07:35           
Rusiya Venesuelaya iki hərbi təyyarə göndərib
Rusiyaya məxsus "An-124" və "İl-62" tipli iki hərbi nəqliyyat təyyarəsi Venesuelaya uçub.

“Report” xəbər verir ki, bu barədə yerli "Noticiero Digital" və "Eha Medya" saytları, Kolumbiyanın "Webinfomil" portalı, həmçinin Perunun "El Comercio" qəzeti məlumat yayıb.

Onların məlumatına görə, Karakas hava limanına enən iki laynerdə 100-ə yaxın Rusiya hərbçisi və 35 ton yük olub.

"Associated Press" Bolivar Respublikası hökumətindəki mənbəyə istinadən xəbər verir ki, Rusiya təyyarələri Venesuelaya Karakas və Moskva arasında olan hərbi-texniki əməkdaşlıq çərçivəsində gəliblər.

Bildirilir ki, Rusiya hərbçiləri Venesuelaya ölkənin silahlı qüvvələrinin avadanlıqlarına xidmət edəcək və venesuelalılara onlardan istifadə qaydalarını öyrədəcəklər. Ruslar həmçinin venesuelalı həmkarları ilə strateji məsələləri müzakirə edəcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.