Düsseldorfa uçan təyyarə səhvən Edinburqda enib

26-03-2019, 08:38           
Düsseldorfa uçan təyyarə səhvən Edinburqda enib
"British Airways" aviaşirkətinə məxsus London-Düsseldorf reysini həyata keçirən sərnişin təyyarəsi səhvən Şotlandiyanın paytaxtı Edinburqda eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniya aviaşirkətinin nümayəndələri bildiriblər.

Bildirilir ki, təyyarənin sərnişinləri pilotun "Edinburqa xoş gəldiniz" ifadəsindən sonra Edinburqa gəldiklərini anlayıblar.

Qeyd edilir ki, hadisə uçuş sənədlərinin səhv hazırlanması səbəbindən baş verib. Uçuş sənədlərində təyyarənin London-Edinburq reysini həyata keçirdiyi bildirilib.

Təyyarənin pilotu qeyd edib ki, bunun necə baş verdiyindən xəbəri yoxdur: "Bu cür hadisə daha əvvəl baş verməyib və heyət məsələni həll etməyə çalışır".

Hazırda bu reysin bütün sərnişinləri Düsseldorfa çatıdırılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.