İlkin məlumata görə, yanğın gül dükanından başlayıb - FHN rəsmisi

26-03-2019, 16:26           
"Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğının söndürülməsi işləri davam edir.
İlkin məlumata görə, yanğın gül dükanından başlayıb - FHN rəsmisi
Trend-in məlunatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, binadakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir: "Yanğın saat 08:12 radələrində baş verib. 8 dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Ərazidə avtomobillərin hərəkəti tıxac yaratdığından işimizə mane olub. Artıq 1, 2, 3 və 4-cü mərtəbələrdə yanğın məhdudlaşdırılıb. Zirzəmidə söndürülmə işləri davam edir.

Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika cəlb edilib. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır. İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Yanğın bölmələri hadisə yerinə çatanda artıq ticarət mərkəzinin bir hissəsinə yanğın yayılıb. Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Hadisə nəticəsində yanğın bölmələri əməkdaşlarından ciddi xəsarət alan olmayıb. Mülki vətəndaşlardan xəsarət alan olub olmaması barədə bizdə məlumat yoxdur.

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi yoxdur. Yanğın söndürmək üçün suyu 2 kilometrdən gətiririk. Bu da bizim işimizi çətinləşdirir. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət olunmadığından yanğın bu cür geniş yayılıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.