ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var

22-04-2019, 07:30           
ABŞ-da təyyarə qəzası baş verib, ölənlər var
ABŞ-da təyyarə qəzası baş verib.

"Report" "CBS Austin"ə istinadən xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb.

Belə ki, yüngül mühərrikli təyyarə Kinqslend şəhərinə eniş zamanı qəzaya uğrayıb.

Hadisə yerinə gələn Texas ştatının İctimai Təhlükəsizlik Xidmətinin əməkdaşları 2 nəfərin həlak olduğunu tədiqləyiblər. Faktla bağlı ABŞ-ın Mülki Aviasiya İdarəsi təhqiqat aparır.

Daha əvvəl ABŞ-ın Ohayo ştatının Madeyra şəhərciyində "Piper" tipli ikimühərrikli təyyarə uçuş zamanı yaşayış evinin üzərinə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.