"Oskar” otelində daha bir qadına hücum olundu

23-04-2019, 11:02           
"Oskar” otelində daha bir qadına hücum olundu
Abşeron rayonu, Fatmai qəsəbəsində yerləşən "Oskar” otel-restoranında 39 yaşlı Jalə Əliyeva döyülüb.

Virtualaz.org-a daxil olan məlumata görə, hadisə dünən axşam baş verib.

Qadın jurnalist olduğunu, restoranda şikayət əsasında çəkiliş apardığını söyləyib. Bundan sonra mübahisə baş verib və döyülüb. Qadının hansı mətbuat orqanında çalışdığı hələlik bəlli deyil.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov döyülmə faktını təsdiqləyib. Bildirib ki, qadın təcili yardımla Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub, həyati təhlükəsi yoxdur.

Xatırladaq ki, ötən ilin sentyabr ayının 23-də elə həmin oteldə Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdı. Polis əməkdaşlarının "isti izlər”lə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.