Sumqayıtda məktəbli qız dünyaya uşaq gətirdi? — ŞOK İDDİA

23-04-2019, 16:33           
Sumqayıtda məktəbli qız dünyaya uşaq gətirdi? — ŞOK İDDİA
Sumqayıt şəhəri 21 nömrəli tam orta məktəbin şagirdinin uşaq dünyaya gətirdiyi iddia edilib.

Teref.Az xəbər verir ki, bu barədə ölkə.az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilir ki, məktəblinin Sumqayıt şəhər 1 saylı doğum evində dünyaya gətirdiyi uşaq tələf olub.

Əməkdaşımız iddialara aydınlıq gətirmək üçün 21 nömrəli məktəbin direktoru Vladim İbrahimovla əlaqə saxlayıb. Direktor əməkdaşımızla söhbətində belə bir hadisədən xəbərdar olmadığını bildirib.
1 saylı doğum evindən isə qeyd edilib ki, baş həkim Təranə Rəcəbli məşğul olduğu üçün sualları cavablandıra bilmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.