“Twitter”də aktiv olan dövlət qurumları – SİYAHI

25-04-2019, 00:07           
“Twitter”də aktiv olan dövlət qurumları – SİYAHI
Azərbaycanda “Twitter” mikrobloqundan aktiv istifadə edən dövlət qurumlarının siyahısı məlum olub.

Bu barədə Azərbaycan Baş nazirinin katibliyinin rəisi Ərəstü Həbibbəyli “Twitter” səhifəsində məlumat paylaşıb.Onun təqdim etdiyi siyahıda birinci sırada Xarici İşlər Nazirliyi (XİN) yer alıb.


“Twitter”dən ən aktiv istifadə edən digər qurumlar isə Diasporla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Vergilər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyidir. Azvision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.