Süni intellekt 20 il gizlənən cinayətkarı "yaxaladı"

11-05-2019, 07:58           
Süni intellekt 20 il gizlənən cinayətkarı "yaxaladı"
Çinin "DeepGlint Technology" şirkətinin hazırladığı süni intellekt əsasında sifətin tanınması sistemi yerli polisə 20 il ərzində gizlənən cinayətkarı saxlamağa kömək edib. Cinayətkarın tutulması və törətdiyi əməl barədə ətraflı məlumat verilməsə də, şirkət nümayəndələri texnologiya vasitəsilə artıq 100-dən çox şübhəli şəxsin saxlanıldığını bildiriblər.

Teleqraf.com "ICTnews"a istinadən xəbər verir ki, "DeepGlint Technology" əməkdaşlarının sözlərinə görə, sistem insan gözü strukturuna əsaslanır və kameraların köməyi ilə 50 metr məsafədən insan və nəqliyyat vasitələrini fərqləndirə bilir. Şübhəli hərəkətlər aşkarlanan zaman dərhal bildiriş alan hüquq-mühafizə orqanları tərəfindən vəziyyətə müvafiq reaksiya göstərilir.

Bildirilir ki, Çində sifətin tanınması sistemləri cinayətkarların axtarışı ilə yanaşı, qayda pozuntularının aşkarlanması məqsədilə vətəndaşların davranışının izlənilməsi üçün aktiv istifadə edilir. Bu, ideal cəmiyyət yaratmaq məqsədi daşıyan vahid sosial reytinq sisteminin tərkib hissəsini təşkil edir. Bu yaxınlarda texnologiyanın tətbiqinin ilkin nəticələri məlum olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.