Bakıda üç nəfəri “tok” vurdu - ölən var

11-05-2019, 21:10           
Bakıda üç nəfəri “tok” vurdu - ölən var
Bakıda üç nəfəri cərəyan vurub.

Teref.az report-a istinadən xəbər verir ki, hadisələrdən biri Sabunçu rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yerləşən 14-cü yarımstansiyada çalışan 37 yaşlı İlqar Məmmədov orada olan cihazın partlaması nəticəsində yanıq xəsarətləri alıb.

O, təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisə zamanı daha bir nəfər dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Səbail rayonunda da analoji hadisə baş verib. Belə ki, Badamdarda yerləşən yarımstansiyada 48 yaşlı Vüqar Əsədovu da elektrik cərəyanı vurub.

Həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.