Rusiyalı deputatın arvadı striptiz göstərdi – VİDEO

12-05-2019, 12:08           
Rusiyalı deputatın arvadı striptiz göstərdi – VİDEO
Rusiyada deputatın həyat yoldaşı cəmiyyətdə birmənalı qarşılanmayan addım atıb.

“Rosbalt” xəbər verir ki, “Vahid Rusiya” partiyasından Şelkovo şəhərinin deputatı olan Aleksey Yakovlevin arvadı müğənni Oksana Yakovleva 9 May günündə məşhur sovet filminin mahnısının sədaları altında striptiz göstərib.

Sosial şəbəkədə yerləşdirilən video insanların əksəriyyətinin qəzəbinə səbəb olub, hətta O. Yakovlevanın mühakimə edilməsi tələb olunub.

Buna cavab olaraq deputatın arvadı tənqid edənlərin 9 May-Qələbə günündə Əbədi məşəl yanında araq içdiyini bildirib. (oxu.az)













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.