DYP-nin tağım komandiri xidməti maşınla dəhşətli qəza törətdi

12-05-2019, 15:54           
DYP-nin tağım komandiri xidməti maşınla dəhşətli qəza törətdi
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımın komandiri (Gəncə-Qazax magistralı ərazisi) xidməti avtomoil ilə ağır qəzaya düşüb.

Publika.az xəbər verir ki, tağım komandiri polis mayoru Aqil Məmmədov 99 YP 910 dövlət nömrə nişanlı xidməti avtomobili ilə qəza törədib. Hadisə Tovuz rayonu ərazisində baş verib. Aqil Məmmədov ağır bədən xəsarəti ilə DİN-in hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.