Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib

13-05-2019, 09:23           
Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib
Almaniyada bir neçə nəfər müəmmalı şəkildə qətlə yetirilib.

Bu barədə "Report" "Passauer Neue Presse"yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Passau şəhərindəki pansionatda baş verib. Nəşr bildirib ki, 1 kişi və 2 qadın müəmmalı qətlin qurbanı olublar. Onların cəsədlərini qulluqçu aşkarlayıb.

Öldürülənlər ora 3 gün əvvəl gəliblər. Hazırda polis onlar arasındakı münasibətləri araşdırır.

Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.