ABŞ-ın Alyaska ştatında iki təyyarə qəzaya uğrayıb

14-05-2019, 08:14           
ABŞ-ın Alyaska ştatında iki təyyarə qəzaya uğrayıb
ABŞ-ın Alyaska ştatında Alyaska ştatında eyni anda, eyni məkanda iki təyyarə qəzası baş verib.

ONA “RİA Novosti”-yə istinadla xəbər verir ki, qəza nəticəsində 10 nəfər yaralanıb, altı nəfər itkin düşüb.

ABŞ Sahil mühafizə xidmətindən bildirilib ki, təyyarə qəzaları ötən gecə Ketçikan şəhəri yaxınlığında qeydə alınıb.Təyyarələrdən birində 11, digərində isə 5 nəfərin olduğu bildirilir.

Sahil mühafizə xidmətinin zabiti Con-Paul Rios deyib ki, hazırda xilasedicilər tərəfindən itkin düşənlərin axtarışı davam etdirilir.

Təyyarə qəzalarının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.