Tehranda tələbələrdən hicab əleyhinə etiraz

14-05-2019, 09:31           
Tehranda tələbələrdən hicab əleyhinə etiraz
Tehran Universitetinin tələbələri İran universitetlərində məcburi hicab geyinilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Faktaz.com xəbər verir ki, yüzlərlə tələbə universitetin həyətində toplaşaraq etiraz edib.

Tələbələr əllərində “Bizim seçim hüququmuz var!” və “Ölüm alçalmaqdan yaxşıdır!” kimi şüarlar yazılan plakatlar tutublar.

Etiraz aksiyasına hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.

Bu zaman islahatçı tələbələrlə mühafizəkar tələbələr arasında toqquşmalar baş verib. Mühafizəkarlar aksiyanın keçirilməsinə mane olmağa çalışıblar, iştirakçıları qanunlara riayət etməyə və universiteti tərk etməyə çağırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.