Kriminaal aləmdə gərginlik- Rusiyanın Sverdlovsk vilayətinin şərqindəki kriminal strukturların "smotryaşisi" kim olcaq?

17-05-2019, 00:08           
Kriminaal aləmdə gərginlik- Rusiyanın Sverdlovsk vilayətinin şərqindəki kriminal strukturların "smotryaşisi" kim olcaq?
Rusiyanın Sverdlovsk vilayətinin şərqindəki kriminal strukturlar yaxın zamanlarda “rəhbərsiz” qala bilər.

Unikal.org “Arqumenti i faktı Ural” saytına istinadən xəbər verir ki, “başçı” “Vaqif Kamışlovski” (Vaqif Güləhməd oğlu Sultanov) ağır qaraciyər xəstəliyindən ölmək üzrədir.

Mənbələrin nəşrə verdiyi məlumata görə, o, bir neçə gün öncə palliativ müalicə üçün xəstəxanadan evə buraxılıb. Hazırda 67 yaşlı avtoritet ağır vəziyyətdədir. O, artıq heç kimi tanımır. Azərbaycan diasporası “vor zakon”un xaricdə müalicəsi üçün pul toplamağa başlayıb.

Qeyd olunur ki, “Kamışlovski”nin aktiv işlərdən uzaqlaşması kriminal aləmdəki vəziyyətə də təsir edib. Hələ apreldə “hakimiyyət”in “Vorotnik”ə (Aleksandr Vorotnikov) təhvil verilməsinni planlaşdırıldığı oğru “sxodka”sı dağıdılıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (OBOP) əməkdaşları tərəfindən güc tətbiq edilərək görüşün qarşısı alınıb.

Mənbənin bildirdiyinə görə, “Vaqif Kamışlovski”nin yerinə keçə biləcək namizədlər arasında “Lotu Quli”, “Aqayar Aqayev”, “Qiya Akoyev” də var. Bu “qanuni oğru”lardan hansının “rəhbər” olacağı Vaqif sultanov tərəfindən müəyyənləşdirilməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.