Azərbaycanlılar arasında qanlı atışma - Saxlanılanlar var +Fotolar

18-05-2019, 08:02           
Azərbaycanlılar arasında qanlı atışma - Saxlanılanlar var +Fotolar
Ukraynanın Jitomir şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 15-də Korostışevski rayonu Kamennıy Brod kəndində öldürülən azərbaycanlının qətlinin üstünü açıblar.
Bu barədə "Seqodnya” nəşri yazır.
Məlumata əsasən, polislər cinayətkar qruplaşmanı zərərsizləşdiriblər.Azərbaycan vətəndaşının başçılıq etdiyi qruplaşma Kamennıy Brod kəndində üç nəfəri qətlə yetirib, 2016-cı ildə isə onlardan biri Jitomir kafesində kişini güllələyib.
Jitomirsk vilayəti üzrə Baş Milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko bildirib ki, qətli təşkilatçısı 2018-ci ildə digər qətl hadisəsinə görə saxlanılan Azərbaycan vətəndaşıdır.
"Onun saxlanılmasından üç il keçməsinə baxmayaraq hələ də hökm oxunmayıb. O, özü isə məhkəmənin müəyyən etdiyi girov pulunu ödəyərək rahat şəkildə şəhərimizin küçələrində gəzir”, - V.Peçenenko deyib.(oxu.az)















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.