ABŞ-da Dəniz Piyadaları Korpusunun təyyarəsi qəzaya uğrayıb

21-05-2019, 06:44           
ABŞ-da Dəniz Piyadaları Korpusunun təyyarəsi qəzaya uğrayıb
ABŞ-da təyyarə qəzası baş verib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, hadisə Şimali Karolinada baş verib. Belə ki, Dəniz Piyadaları Korpusuna məxsus təyyarə qəzaya uğrayıb. Məlumata görə, təyyarəçi hadisə zamanı katapulta (təyyarəçini göyə artan qurğu -red) vasitəsilə xilas olub.

Hadisənin baş verdiyi ərazi hərbçilər tərəfindən əhatəyə alınıb. Qəzanın başvermə səbəbi ilə bağlı araşdırma aparılır. Mülki əhali arasında tələfat və maddi zərər barədə məlumat yoxdur.

Daha əvvəl də ABŞ-da təyyarə qəzası nəticəsində 2 nəfər həlak olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.