Plutonda okean tapılıb

21-05-2019, 12:55           
Plutonda okean tapılıb
Plutonun səthinin altında maye okean mövcud ola bilər. Trend-in məlumatına görə, bir qrup Yaponiya və ABŞ alimi aparılan müşahidələr nəticəsində bu qənaətə gəliblər. Qeyd olunur ki, səthin altında yer alan okean bu səbəbdən donmaqdan müdafiə olunur. Plutonda okeanın olub-olmaması ilə bağlı müşahidələr “New Horizons” kosmik aparatının 2015-ci ildə çəkdiyi şəkillər əsasında aparılıb. Bu cür səthaltı okeanların digər uzaq planetlərdə də ola biləcəyi ehtimal edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.