Nazir direktoru vəzifəsindən azad etdi 25-05-2019, 20:58 Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev direktoru işdən azad edib.“Yeni Sabah” xəbər verir ki, nazir Muxtar Babayevin əmri ilə Ağ Göl Milli Parkının direktoru Loğman Mehdiyevi işdən çıxarılıb. Məlumata görə, bir neçə gün əvvəl azad edilən direktorun yerinə hələ təyinat olmayıb.Onu da qeyd edək ki, adıçəkilən direktorun adı mətbuatda tez-tez neqativ məsələlərdə hallanıb. Facebook-da paylaş