Dünya tibb tarixində unikal əməliyyat: Eyni vaxta 5 xəstəyə qaraciyər köçürülür...

13-06-2019, 00:05           
Dünya tibb tarixində unikal əməliyyat: Eyni vaxta 5 xəstəyə qaraciyər köçürülür...
Bu gün dünya tibb tarixində unikal hadisə yaşanır və TRT ilə canlı yayınlanan bu qeyri-adi olayın Ginnesin Rekordlar Kitabına düşəcəyi gözlənilir.

Moderator.az xəbər verir ki, eyni vaxtda 5 canlı insandan yaxınlarına, ailə uzvlərinə, 5 xəstəyə qaraciyər köçürülür. Bu dəqiqələrdə 4-cu xəstənin əməliyyatı davam edir. Köçürmə əməliyyatlarında AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov birbaşa iştirak edir. Bu əməliyyatlar Türkiyənin Malatya şəhərində, Malatya İnönü Universitetinin Orqan nəqli institutunda yerinə yetirilir.

Ümumi rəhbər xalqımızın dostu, həmin İnstitutun direktoru Professor Sezai Yılmazdır. Dünyada bu gün ən çox qaraciyər köçürən mərkəz məhz həmin institutdur. İldə orta hesabla 900-1000 xəstə insana qaraciyər köçürülür. Müqayisə üçün bildirək ki, son 10 ildə Azərbaycanda Mircəlal Kazimi və Professor Nuru Bayramov tərəfindən 150 xəstəyə qaraciyər köçürülüb.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.